İsmail Kartalın oğlu "Trabzonspor" matçında baş verən hadisələr zamanı ciddi xəsəratə alıb

İsmail Kartalın oğlu "Trabzonspor" matçında baş verən hadisələr zamanı ciddi xəsəratə alıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Trabzonspor" "Fənərbağça" matçı başa çatdıqdan sonra meydana daxil olan azarkeşlər futbolçulara və texniki heyətə hücum çəkiblər. 

Mişi Batşuai azarkeşlərdən birini döyüb. İsmail Kartalın oğlu Emre Kartal isə özünü müdafiə edə bilməyib və ciddi xəsəratə alıb. "Fənərbağça" rəsmiləri Emrenin vəziyyəti ilə bağlı açıqlamada :"Hazırda vəziyyəti yaxşı olsa da , kəllə sümüyü əzilib və qabırğa nahiyəsində 2 çartlaq var",-deyiblər.

Qeyd edək ki, TFF rısmiləri "Trabzonspor" klubunu azarkeşlərin bu hərəkətinə görə cəzalandıracaqlarını bildiriblər.