İspaniya klubunda yeni məşqçi
"Almeriya" yeni baş məşqçi ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, kluba Velko Paunoviç başçılıq edəcək.
46 yaşlı serb hazırda "Qvadalaxara"nı çalışdırır. Paunoviç 2007-ci ildə “Rubin”də, bir il sonra isə “Almeriya”da çıxış edib.
Sentyabrın 29-da ispan klubu Visente Morenonun istefasını elan etdi.
İspaniya çempionatının bu mövsümündə komanda sonuncu yerdədir - 8 turdan sonra 3 heç-heçə və 5 məğlubiyyətlə.