İspaniya klubundan Mərakeşə dəstək
"Real Sosiedad" Mərakeşdə baş verən zəlzələdən sonra bəyanat yayıb.
Sportline.az xəbər verir ki, bəyanatda deyilir:
"Klub son bir neçə saat ərzində Mərakeşdə baş verən zəlzələnin bütün qurbanlarına dəstəyini və həmrəyliyini göstərmək istəyir".
Sentyabrın 9-da səhər saatlarında Mərakeşdə 7,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 600-dən çox insan həlak olub, 400-ə yaxın insan yaralanıb.