İspaniya La Liqasında etiraz tətili gözlənilir
La Liqanın prezidenti Xavyer Tebas həyəcan təbili çalıb.
Sportline.az xəbər verir ki, funksionerin sözlərinə görə, La Liqada futbolçuların etiraz tətilinə çıxacağı gündəmdədir.
"Əlbəttə ki, mən bunun əleyhinəyəm. Amma, eşitdiklərimə görə, bu mümkündür. Futbolçular həddindən artıq yükləndiklərini bildirirlər. Bu, baş versə, milli çempionatlar müflisləşə bilər", - deyə Tebas AS nəşrinə açıqlamasında narahatlığını ifadə edib.
Qeyd edək ki, bugünlərdə bəzi futbolçular bununla bağlı açıqlamalar vermişdilər.