İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Xulen Lopeteqini baş məşqçi vəzifəsindən qovan İspaniya Futbol Federasiyası ona əvəzləyici tapıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, seçmə komanda Fernando Yerroya tapşırılıb. O, Dünya çempionatında komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, F.Yerro 1989-2002-ci illərdə İspaniya millisinin heyətində 89 oyun keçirib və 29 qol vurub. Mütəxəssis Madrid "Real"ında köməkçi məşqçi (2014-2015), "Real Ovyedo"da isə baş məşqçi kimi (2016-2017) fəaliyyət göstərib.