İspaniyadan Rusiyaya
"Almeriya"nın mətbuat xidməti komandanın müdafiəçisi Srdjan Babiçlə bağlı məsləyə aydınlıq gətirib .
Sportline.az xəbər verir ki, 27 yaşlı serb futbolçu “qırmızı-ağlar”la müqavilə imzalamaq üçün Moskvaya uçub .
"Tezliklə hər şey rəsmən açıqlanacaq", - deyə klubun mətbuat xidməti bildirib.
Babiç 2021-ci ilin avqustundan "Almeriya"da çıxış edir. O, İspaniya klubunda 75 oyun keçirib və 4 qol vurub.