İspaniyalı mütəxəssis Rusiya klubunda
Moskvanın "Rodina" klubuna yeni baş məşqçi təyin olunub.
Sportline.az klubun saytına istinadla xəbər verir ki, Dmitri Parfyonovla yolları ayrılan komanda Frank Artiqaya həvalə olunub.
İspaniyalı mütəxəssis bundan əvvəl Rusiya I Divizionunda yarışan klubun əvəzedicilərinin baş məşqçisi idi.
Qeyd edək ki, Frank Artiqa Rusiyaya gələnədək "Barselona"nın strukturunda çalışıb.