İsrailin oyunu təxirə salındı
UEFA AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosovo - İsrail oyununu təxirə salıb.
Sportline.az UEFA-nın saytına istinadla xəbər verir ki, İsrail hakimiyyəti milli komandanın xaricə getməsinə mövcud vəziyyətlə bağlı icazə verməyib. Bununla da, UEFA matçı təxirə salıb.
Kosovo ilə qarşılaşma oktyabrın 15-də Priştinada baş tutmalı idi. Oyunun nə vaxt keçiriləcəyi yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, İsrail Qəzza zolağından raketlərlə atəşə tutulur. HƏMAS hərəkatı hərbi əməliyyatların başladığını elan edib. İsrail hakimiyyəti isə buna qarşıqlıq verib.