İsveç klubu Musa Qurbanlını Konfrans Liqası üçün sifariş edib
İsveç "Yurqorden"i yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Sportline.az xəbər verir ki, İsveçrə "Lütsern"i ilə matçlar üçün Avropa futbol qurumuna göndərilən 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı var.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"ə "Qarabağ"dan keçib Gənc forvard Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.