İtaliya A Seriyasında yeni mövsümün təqvimi bəlli olub

Seria A-nın rəsmi saytı İtaliya çempionatının 2024/2025 mövsümü üçün təqvimini təqdim edib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, avqustun 18-də başlanacaq çempionata mayın 25-də yekun vurulacaq.

İtaliya çempionatında 1-ci turun oyun cədvəli belədir.

"Bolonya" - "Udineze"
"Kalyari" – "Roma"
"Empoli" - "Monza"
"Cenoa" – "İnter"
"Verona" – "Napoli"
"Yuventus" – "Komo"
"Latsio" - "Venetsiya"
"Leççe" – "Atalanta"
"Milan" – "Torino"
"Parma" - "Fiorentina".

Qeyd edək ki, 2024/2025 mövsümü üçün İtaliya çempionatının tam təqvimi ilə liqanın rəsmi saytında tanış olmaq olar. A Seriyasının hazırkı qalibi "İnter"dir. Simone İnzaqinin komandası 2023/2024 mövsümündə 38 oyundan 94 xal toplayıb. "Milan" ikinci sırada qərarlaşıb, ilk üçlüyü "Yuventus" qapıyıb.