İtaliya kuboku: "İnter" 1/4 finalda

Futbol üzrə İtaliya kubokunda 1/8 finalın görüşləri davam edir. SportLine.az xəbər verir ki, ötən gün daha iki qarşılaşma baş tutub.

Çempionatda işləri qaydasında gedən "İnter" kubokda da uğurla çıxış edir. Milan təmsilçisi "Kalyari" ilə qarşılaşmada lazımi nəticəni əldə etməklə 1/4 finala yüksəlib.

Digər "A Seriya" iştirakçısı "Cenoa" isə gözlənilmədən "Alessandriya"ya uduzub. 

15 dekabr 2015
İtaliya Kuboku, 1/8 final

"İnter" - "Kalyari" - 3:0
QOLLAR:
 Palasio, 24 (1:0), Brozoviç, 71 (2:0), Perişiç, 81 (3:0)

"Cenoa" - "Alessandriya"- 1:2
QOLLAR:
 Manuel Marras, 46 (0:1), Leonardo Pavoletti, 90 (1:1), Rikkardo Bocalon, 114 (1:2)