İtaliyadan Səudiyyə Ərəbistanına

"Bolonya"nın hücumçusu Mussa Barrou "Əl-Taavun"la müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, Səudiyyə klubu və 24 yaşlı qambiyalı ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Barrou ötən mövsüm 35 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.