İtaliyalı ulduz "Barselona" və PSJ-nin hədəfində
"Latsio"nun və "Skuadra Adzurra"nın yarımmüdafiəçisi Antonio Kandreva karyerasını vətənindən kənarda davam etdirə bilər. SportLine.az italiya mətbuatına istinadən xəbər verir ki, İspaniyanın "Barselona" və Fransanın PSJ klubları futbolçunun xidmətində maraqlıdırlar. Sözügedən klubların qış transfer pəncərəsində "Latsio"ya rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-ci ildən Roma təmsilçisinin şərəfini qoruyur.