İtaliyanı Kiprə dəyişdi
"Fiorentina"nın hücumçusu Aleksandr Kokorin karyerasını Kipr çempionatında davam etdirəcək.
Sportline.az sport-express.ru-ya istinadla xəbər verir ki, rusiyalı futbolçu "Aris"in formasını geyinəcək.
O, icarə əsasında bir mövsüm sözügedən klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, 32 yaşlı forvard ötən mövsüm də icarə əsasında "Aris"in uğurları üçün çalışıb.
O, 30 oyunda 13 qol və 6 asist müəllifi olub.
Kokorinin "Fiorentina" ilə müqaviləsinin müddəti 2024-cü ildə bitəcək.