İtkin alpinistdən xəbər var

Nepalda itkin düşən rusiyalı alpinist Nadejda Olenevadan xəbər var.

Sportline.az TASS-a istinadla xəbər verir ki, idmançının axtarışları üçün səfərbər olan xilasedicilər onun cəsədinə oktyabrın 16-da çatacaqlar.

“İtkin düşən alpinistimizin bədəni əslində havadan göründü. Lakin kəskin pisləşən hava şəraiti səbəbindən ona yaxınlaşmaq mümkün olmayıb. Sabah səhər xilasedicilər qrupu hadisə yerinə hərəkət edəcəklər. Yalnız bundan sonra onun öldüyünü və ya ölmədiyini rəsmi şəkildə deyə biləcəyik ”, - deyə Rusiyanın Nepaldakı səfiri Aleksey Novikov TASS-a bildirib.

Qeyd edək ki, bu gün Oleneva Nepalın 8167 metrlik zirvəsinə qalxarkən yıxılarkən ölüb.