Jerar Pike peşman olub
"Mançester Yunayted"in və "Barselona"nın keçmiş futbolçusu Jerar Pike 21 yaşında "Yuventus"a keçə biləcəyini etiraf edib.
Sportline.az xəbər verir ki, o, A Seriyasında oynamaq imkanı olduğunu bildirib.
“21 yaşım var idi, hələ də “Mançester Yunayted”də idim və “Yuventus” məndən soruşdu. Amma mən "Barselona"nı seçdim, bu, ürəyimin səsi idi. Təəssüf ki, mən heç vaxt A seriyasında oynamamışam, bu fikir məni heyran etdi, italyanlar ispanlara bənzəyir, xüsusən də futbola olan həvəsləri" - deyə Pike bildirib.
36 yaşlı ispaniyalı karyerasını 2023-cü il yanvarın 1-də "Barselona"da başa vurub. Müdafiəçi 53 qol vurub və 15 məhsuldar ötürmə edib.