Jiru qapıçı kimi A Seriyasında həftənin komandasına daxil edilib
"Milan"ın hücumçusu Olivye Jiru A Seriyasında həftənin ən yaxşı oyunçuları sırasına daxil edilib.
Sportline.az xəbər verir ki, 37 yaşlı fransalı millinin heyətində qapıçı kimi yer alıb. Jiru A Seriyasının 8-ci turunda “Cenoa” ilə oyunun (1:0) sonunda qapıdakı yerini tutub.
Milanlıların əsas qapıçısı Mayk Maqnan qırmızı vərəqə alsa da, “rossonerilər” həmin vaxta qədər bütün əvəzetmələrdən istifadə etmişdi.
Daha əvvəl "Milan" rəsmi saytında Jirudu qapıçılar siyahısına əlavə edib.