Jordi alba Avropada qala bilər
Jordi Alba Avropada qala bilər.
Sportline.az xəbər verir ki, daha əvvəl "Barselona"nın keçmiş müdafiəçisinin "İnter Mayami"yə keçməyə yaxın olduğu bildirilirdi. Tərəflər danışıqlar aparır, lakin sövdələşmə hələ rəsmiləşdirilməyib.
34 yaşlı ispaniyalının karyerasını Avropada davam etdirmək variantları var: "İnter" və "Benfika" onunla maraqlanır. Bundan başqa, Səudiyyə Ərəbistanının iki klubu Albanın transferində maraqlıdır.
2022/23 La Liqa mövsümündə Alba 24 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.