Joze Mourinyo Səudiyyə Ərəbistanına gedib

Joze Mourinyo Səudiyyə Ərəbistanına gedib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, portuqaliyalı çalışdırıcı Səudiyyə Ərəbistanın getmə səbəbini deyib.

Joze Mourinyo açıqlamsında :"Kriştianu Ronaldu Ərəbistana gedərək insanalara fərqli futbol dünyanının qapısını açdı. Orada yalnız futbol üçün nəsə etmək istəyənlər oynaya bilər. Fərqli düşüncəyə sahib olan insaların yaşadığı bir ölkədir. Keçmişdə də mənə təklif gəlmişdi, sadəcə "Roma"nı tərk edə bilməzdim. Futbol və həyat mənə öyrətdi ki, əsla əsla deməməlisən.Səudiyyə Ərəbistanına isə klubla danışıqlar üçün yox, Formula 1, Boks turniri və dostlarımla görşmək üçün getmişdim",-deyib.

Qeyd edək ki. daha öncə İtaliya meidasında Joze Mourinyonun Səudiyyə Ərəbistanı klublarından birini çalışdıra biləcəyi barədə xəbərlər yayılmışdı.