Juninyo: "Mənə bu şansı verdiyi üçün "Qarabağ"a təşəkkür edirəm"

“Qarabağ”ın yeni futbolçusu Juninyo Vieira transferi ilə bağlı instaqram səhifəsində paylaşım edib.

Sportline.az xəbər verir ki, 27 yaşlı braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu ilə anlaşmasını yeni çağırış adlandırıb:

“Əvvəlcə mənim və ailəmin həyatında etdiyi hər şeyə görə Allaha şükür etmək istəyirəm. Yeni çağırış üçün xoşbəxtəm. Mənə bu imkanı verdiyi üçün “Qarabağ”a təşəkkür edirəm”.

Qeyd edək ki, Juninyo “Qarabağ”la 3 illik müqaviləyə imza atıb.