Kadinin komanda yoldaşından bəd xəbər

“Krasnodar”ın müdafiəçisi Kayo 2023-cü ildə qalan oyunları buraxacaq.

Sportline.az xəbər verir ki, futbolçu RPL-in 6-cı turunun “Fakel”lə oyununda (0:0) çiynindən zədə alıb.

Braziliyalı bu yaxınlarda Almaniyadakı klinikalardan birində əməliyyat olunub. İndi onu uzun bir sağalma dövrü gözləyir. Onun komandanın qış toplanışına hazır olacağı gözlənilir.