Keyn qalmaqalı böyüyür

"Tottenhem"in prezidenti Daniel Levi "Bavariya"nın hücumçu Harri Keyn üçün son təklifini rədd edib.

Sportline.az xəbər verir ki, "Bavariya" "Tottenhem"ə son təklif edib.

"Bavariya" illik 20 milyon avro məvacib alan hücumçu ilə 5 illik müqavilə imzalamağa hazırdır.

Keyn "Tottenhem" yetirməsidir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.