Kamavinqa sol cinah mövqeyini bəyənmir
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Camavinqa deyib ki, o, sol cinah müdafiəçisi rolunu sevmir, lakin lazım olsa oynamağa hazırdır.
Sportline.az xəbər verir ki, futbolçu bu barədə xarici mediaya müsahibə verib.
“Sol cinah müdafiəçisi kimi özümü necə hiss edirdim? Bilirdim ki, bir gün kimsə mənə bu sualı verəcək. Mən komanda oyunçusuyam və bacardığım hər yerdə komandaya kömək etmək öhdəliyim var. Yavaş-yavaş təcrübə qazandım. Orada oynamağı sevməsəm də, bəzən bunu etməli oluram”, - deyə Kamavinqa "Madrid Universal"a açıqlama verib.
Kamavinqa 2021-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm 20 yaşlı fransalı 5 matçda çıxış edib.