Kapitan Qətər klubuna keçdi

Uruqvayın 20 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı və "Liverpul" (Montevideo) klubunun yarımmüdafiəçisi Fabrisio Diaz Qətər çempionatına keçib.

Sportline.az xəbər verir ki, "Barselona" və "Liverpul"un transfer etmək istədiyi 20 yaşlı uruqvaylı "Əl-Qarafa" klubunun futbolçusu olub. Müqavilə 5 illikdir, kompensasiyanın məbləği 50 milyon dollardır.

2023-cü ildə Diaz "Liverpul Montevideo" üçün 16 oyun keçirib və 1 məhsuldar ötürmə edib.