Karlsen rusiyalı şahmatçı ilə görüşdən imtina edib

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda qarşılaşmadan imtina edib.

Sportline.az xəbər verir ki, 32 yaşlı qrossmeyster bu barədə yerli mətbuata müsahibəsində açıqlama verib.

O bildirib ki, məsələ ilə bağlı öz komandasını, Beynəlxalq Şahmat Federasiyasını (FIDE) və Nepomnyaşini məlumatlandırıb: "Onlara dedim ki, şahmat tacı uğrunda görüşdə iştirak etməyəcəyəm".

Qeyd edək ki, Karlsen qərarını dəyişməsə, Nepomnyaşi şahmat tacı uğrunda İddiaçılar Turnirini 2-ci pillədə başa vuran çinli Dinq Lirenlə görüşəcək.