Karpin "Spartak"a dönür?
"Moskva" Spartakının baş məşqçisi postuna namizədlər açılanmaqdadır.
Sportline.az Sovetskiy sport nəşrinə istinadla xəbər verir ki, onlardan biri də Rusiya millisinin çalışdırıcısı Valeri Karpindir.
Hazırda "Rostov" komandasının baş məşqçisi olan təcrübəli mütəxəssis bununla bağlı sualı belə cavablandırıb:
"Mən "Spartak"ı çalışdıracağam? Bu kluba hazırda heç bir aidiyyatım yoxdur. Vəssalam. Başqa şərhim yoxdur".
Qeyd edək ki, uğursuzluq zolağına düşən "Spartak" rəhbərliyinin Gilyerme Abaskalla yolları ayırmaq qərarına gəldiyi bildirilir.