Karraqer Azarı "ən yaxşılardan biri" adlandırıb

Bir vaxtlar "Liverpul"da çıxış edən müdafiəçi Ceymi Karraqer Eden Azarın karyerasını bitirməyindən danışıb.

Sportline.az xəbər verir ki, Karraqer Belçika millisinin sabiq yarımmüdafiəçisini Premyer Liqada oynayan ən yaxşı futbolçulardan biri adlandırıb.

"Ən yaxşı gənc oyunçu" və "ən yaxşı oyunçu" mükafatlarını qazandı. Çempionlar Liqası istisna olmaqla, "Çelsi"də bütün kubokları qazandı. Fikrimcə, o, DÇ-2018-də Belçika üçüncü yeri tutanda ən yaxşı oyunçu idi. Şübhəsiz ki, o, bütün zamanların ən yaxşı Premyer Liqa oyunçularından biridir və tez-tez bütün zamanların komandasına daxil ediləcək" - deyə Karraqer sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, Eden Azar oktyabrın 10-da karyerasını bitirib.