“Kastilya” Sequndaya yüksələ bilmədi

“Real”ın ikinci komandası “Kastilya” növbəti mövsümdə də RFEF Birinci Divizionunda oynamağa davam edəcək.

Sportline.az xəbər verir ki, Raulun baş məşqçisi olduğu komanda Sequndaya yüksəlmək üçün pley-off finalında “Eldense”ni məğlub edə bilməyib.

İlk oyun 1:1 hesabı ilə başa çatıb. İkinci görüşdə "Kastilya” 2:0 öndə olsa da, oyunun əsas vaxtı heç-heçə başa çatıb -2:2. Əlavə vaxtda komandalar hərəyə daha 1 qol vurublar - 3:3.

“Eldense” çempionatı “Kastilya”dan daha yüksək yerdə bitirdiyinə görə , pley-off finalında iki heç-heçəyə baxmayaraq, Sequndaya yüksəlmək hüququ qazanıb.