Kavani "Valensiya"nı bu kluba dəyişir

Uruqvaylı futbolçu Edinson Kavani "Valensiya" ilə müqaviləni ləğv edəcək.

Sportline.az xəbər verir ki, artıq argentinalı “Boka Xuniors” 36 yaşlı futbolçuya rəsmi müqavilə təklifi edib. Danışıqlar davam edir və Argentina klubu ən qısa zamanda müqavilə bağlamağa ümid edir.

Hücumçu peşəkar karyerasına 2005-ci ildə Uruqvayın "Danubio" klubunda başlayıb. O, karyerası ərzində İtaliyanın “Palermo” və “Napoli”, həmçinin Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Yunayted” komandalarında çıxış edib.