Kayl Uoker "Bavariya"ya keçə bilər

Kayl Uoker "Bavariya"da oynamaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Almaniya komandasına keçmək istəyi barədə baş məşqçi Pep Qvardiolaya məlumat verib.

Münhenlilər hələlik "şəhərlilər"ə təklif etməsələr də, yaxın vaxtlarda təklif göndərməyə hazırlaşırlar. Artıq futbolçu ilə müqavilə razılaşdırılıb - daha bir mövsüm uzadılması variantı ilə 2025-ci ilə qədər hesablanacaq.