Kaysedo "Liverpul"a keçməyəcək
"Liverpul" "Brayton"un yarımmüdafiəçisi Moyses Kaysedo ilə müqavilə imzalamayacaq.
Sportline.az xəbər verir ki, 21 yaşlı ekvadorlu"Liverpul" rəhbərliyinə "Çelsi"yə keçmək niyyətində olduğunu bildirib.
Daha əvvəl "Liverpul"un Kaysedo üçün 127 milyon avro təklif etdiyi bildirilirdi. Müqavilə baş tutsa, İngiltərə futbol tarixində rekord bir transfer olacaqdı.
2022/23 mövsümündə Kaysedo bütün yarışlarda 43 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.