Keçmiş federasiya prezidentinə cəza: futbolçudan azı 200 metr uzaq olmalıdır
İspaniyanın Milli Ədalət Məhkəməsi İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialesin qadınlardan ibarət milli komandanın futbolçusu Cennifer Hermoso ilə yaxınlaşmağı qadağan etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, Hakim Fransisko de Xorxe 2023-cü il dünya çempionatının finalından sonra baş verən öpüşmə ilə bağlı araşdırma zamanı Rubialesə "Hermosodan 200 metr radiusla gəzməyi" və onunla ünsiyyət qurmağı qadağan edib.
Hakim öz qərarında prokurorun Rubiales üçün müntəzəm məhkəmə iclaslarının təyin edilməsi ilə bağlı tələbini, habelə Hermosonun vəkilinin həbs-qətimkan tədbiri kimi müttəhimin əmlakına həbs qoyulması barədə vəsatətini rədd edib.
Daha əvvəl məlum olmuşdu ki, 2023-cü il dünya çempionatının qalibi olan ispaniyalı futbolçular yığmaya qayıtmaq niyyətində deyil.
Avqustun 20-də İspaniyanın qadınlardan ibarət komandası turnirin finalında İngiltərə millisinə qalib gələrək (1:0) dünya çempionu olub. Mükafatlandırma mərasimi zamanı Rubiales ispan futbolçunun dodaqlarından öpüb.
Qalmaqaldan sonra mütəxəssis federasiya rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, həmçinin qeyd edib ki, Hermoso ilə öpüşündə heç bir cinsi əlaqə yoxdur.