Kənan Karaman yenidən Türkiyə Super Liqasına geri dönə bilər
Kənan Karaman yenidən Türkiyə Super Liqasına geri dönə bilər .
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda Almaniyanın "Şalke 04" klubunda çıxış edən Kənan Karaman "Trabzonspor"un maraq dairəsinə düşüb.
Daha öncə "Beşiktaş"da çıxış edən 30 yaşlı hücumçu "Trabzonspor"da çıxış etmək istədiyini bildirib.
Qeyd edək ki, Kənan Karaman bu mövsüm çıxdığı 22 oyunda 10 qol, 7 asistlə yadda qalıb.