"Kəpəz" heyəti nigeriyalı ilə gücləndirib
“Kəpəz” heyətini gücləndirməkdə davam edir.
Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi daha bir əcnəbi futbolçu ilə anlaşıb.
Gəncəlilər nigeriyalı Olavale Onanuqanı transfer ediblər.
25 yaşlı dayaq yarımmüdafiəçisi bölgə təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Olavale Onanuqanın son klubu Albaniyada “Kastrioti” olub.