“Kəpəz” qanalı futbolçunu "İmişli"yə göndərdi
“Kəpəz” qanalı futbolçu Ezekiel Morqanı transfer edib.
Sportline.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi gəncəlilərlə 2+1 illik müqavilə bağlayıb.
Ancaq o, bu mövsüm bölgə təmsilçisində çıxış etməyəcək. Çünki Morqan I Liqa klubu “İmişli”yə icarəyə verilib.
Qeyd edək ki, Ezekiel Morqanın sonuncu klubu ölkəsində “Tudu Mayti Gets” olub.