"Kəpəz"də yeni müqavilə

"Kəpəz" klubu futbolçusu Mate Kvirkviya ilə müqavilənin müddətini uzadıb.

Gəncə təmsilçisindən Sportline.az-a verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi "sarı-göylər"in yeni sözləşmə təklifini müsbət dəyərləndirib.

Kvirkviya daha bir mövsüm "Kəpəz"in uğurları üçün çalışacaq.