Kevin De Brüyn "Mançester Siti"dən ayrılır

Belçika millsinin futbolçusu Kevin De Brüyn “Mançetser Siti” ilə bağlı yekun qərarını verib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ulduz futbolçu “Mançester Siti”nin yeni müqavilə təklifini qəbul etməyib.

“Mavilər”lə 18 ay sonra müqavilə müddəti bitəcək yarımmüdafiəçi karyerasını başqa klubda davam etdirmək istəyindədir.

Qeyd edək ki, “Mançester Siti” yanvar ayında futbolçu ilə yenidən masa arxasına əyləşəcək.