Kevin De Brüynenin son durumu

Kevin De Brüyne 2026-cı ilə qədər yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az xəbər verir ki, “Napoli”nin “İnter”lə qarşılaşmasında zədələnən Kevin De Brüynedən pis xəbər gəlib.

Klubun yaydığı rəsmi məlumata görə, belçikalı yarımmüdafiəçinin sağ budun hamstrinq əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb.

“Sky” telekanalının məlumatına əsasən, 34 yaşlı futbolçu təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.