Keyn "Bavariya"ya keçidinən danışıb

"Bavariya"nın hücumçusu Harri Keyn Münhen klubuna niyə keçdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, qeyd edib ki, yeganə səbəb kuboklar deyil.

“Əgər inkişaf etmək istəyirdimsə, ən yüksək səviyyədə oynamaq lazım idi. Əgər dünyanın ən yaxşı hücumçuları və ən yaxşı oyunçuları ilə əhatə olunmaq istəyirəmsə, Çempionlar Liqasında oynamalı və titullar uğrunda mübarizə aparmalıyam”, – deyə Keyn “The Guardian” nəşrinə açıqlama verib.

Keyn yay transfer pəncərəsində 100 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm o, Bundesliqada 3 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.