"Keyn "Bavariya"ya keçsə, unudulacaq"
"Mançester Yunayted"in keçmiş futbolçusu Duayt York Harri Keynin "Bavariya"ya keçməsinə qarşıdır.
Sportline.az xəbər verir ki, sabiq futbolçunun fikrincə bu keçid baş tutsa, Keyn unudulacaq.
"Keynin niyə “Bavariya”ya getdiyini başa düşə bilmirəm. Şübhəsiz ki, Avropanın ən böyük futbol klublarından biridir, amma Premyer Liqada bu qədər qol vurmuş və hələ də kuboku olmayan biri üçün bu bir az qəribədir. Keyn “Bavariya”ya getsə, çox təəccüblənəcəyəm, xüsusən də “Mançester Yunayted” və hətta “Çelsi” və ya "Nyukasl" kimi klublar onunla maraqlananda... Bu heyranediricidir. “Bavariya”ya getsə, insanlar onu unudacaqlar" - deyə York bildirib.