Keyndən "Bavariya" üçün son tarix

"Tottenhem"in hücumçusu Harri Keyn "Bavariya" üçün son tarix təyin edib.

Sportline.az xəbər verir ki, futbolçu Premyer Liqanın yeni mövsümü başlamamış transferə hazırdır. Beləliklə, "Bavariya"nın ingilis futbolçunun transferi ilə bağlı "Tottenhem"lə razılığa gəlməsi üçün bir həftədən az vaxt var.

Bildirilib ki, “Bavariya” futbolçu alışını 2024-cü ilin yanvarında qış transfer pəncərəsinə qədər təxirə sala bilər.

“Tottenhem” üçün mövsüm avqustun 13-də başlayır. Komanda "Brentford"la qarşılaşacaq.

Harrinin "Tottenhem"lə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır.