Keynin transferində son durum

"Bavariya" Premyer Liqa mövsümü başlamazdan əvvəl transferlə bağlı razılığa gələ bilməsə, "Tottenhem"in hücumçusu Harri Keyn London komandasında qala bilər.

Sportline.az xəbər verir ki, klublar arasında isə oyunçunun qiymətində uyğunsuzluqların olduğu bildirilir. London klubu futbolçusu üçün ən azı 120 milyon almaq niyyətindədir.

Tottenham mövsümü avqustun 13-də "Brentford" ilə səfər oyunu ilə açacaq.

Keyn "Tottenhem"in yetirməsidir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.