Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Görüş noyabrın 25-də İstanbulda yerləşən "Esenler Erokspor" stadionunda təşkil olunacaq.