Kilian Mbappe açıqlaması ilə diqqət mərkəzinə düşüb
PSJ-nin ulduz futbolçusu Kilian Mbappe diqqət çəkən açıqlamalar verib.
Sportline.az idman jurnalisti Fabrtisyo Romanonun instaqram paylaşımına istinadla xəbər verir ki, fransalı ulduz PSJ-dən ayrılacağaını deyib.
O, açıqlamasında :"PSJ artıq məni istəmir. Burada gələcəyimdən danışmaq olmaz. Hansı kluba gedəcəyim və nə edəcəyimi Avro 2024 başlamadan biləcəksiniz.Fərziyələr uydurmağı dayandırsanız xoşbəxt olaram",-deyib.
Qeyd edək ki, daha öncə Kilian Mbappenin "Real Madrid"ə keçəcəyi bildirilmişdi.