Kim Min Je "Bavariya" üçün tibbi müayinədən keçəcək
Kim Min Je "Bavariya"ya transfer olunmazdan əvvəl sabah tibbi müayinədən keçəcək.
Sprotline.az xəbər verir ki, Münhen klubunun həkimləri futbolçunun hazırda hərbi xidmətdə olduğu Cənubi Koreyaya uçub və lazımı yoxlamaları aparacaq.
"Napoli" müdafiəçi üçün 50 milyon avro alacaq.
Kim Min Je ilə müqavilə 2028-ci ilə qədər olacaq. Onun maaşı vergilər çıxmadan təxminən 12 milyon avrodur.