Kimmix karyerası ilə bağlı qərar verib
“Bavariya”nın almaniyalı futbolçusu Coşua Kimmix klubla yeni müqavilə imzalaq niyyətindədir.
Sportline.az “lequipe” qəzetinə istinadən xəbər verir ki, Coşua Kimmix “Bavariya” klubundan ayrılmaq istəmir. “Bavariya” klubunun rəhbərliyi Kimmixə 4 illik yeni müqavilə təklif edib.
29 yaşlı futbolçunun hazır ki müqaviləsinin müddəti 2025-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Kimmix bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 4 asistlə yadda qalıb.