Klopp "Tottenhem" - "Liverpul" matçının təkrar oynanılmasında israrlıdır

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 7-ci turunda "Tottenhem"lə oyunun (1:2) təkrarını istəyir.

Sportline.az xəbər verir ki, Klopp bu fikirdə israrlıdır.

“Bu, aşkar səhvdir. Hesab edirəm ki, bunun üçün müəyyən həll yolları olmalıdır. Düşünürəm ki, oyun təkrarlanmalıdır. Buna qarşı arqument o olardı ki, bu, belə qərarların bütöv bir dalğasının başlanğıcı ola bilər. Mən pis və çətin qərarlara öyrəşmişəm, amma heç vaxt belə bir şey olmayıb və buna görə də mən təkrarı düzgün qərar hesab edirəm" - deyə Klopp bildirib.

34-cü dəqiqədə hakimlər Luis Diazın mersisaydlıların üstünlüyünü təmin edə biləcək qoluna imkan vermədilər. Oyundan sonra PGMOL (İngiltərədə hakimlərin işinə cavabdeh olan şirkət) qolu ləğv etmək qərarının yanlış olduğunu etiraf edib.