Klub rəhbərliyi liqadan çəkilmək istəsə də, futbolçular imkan vermədi

Klub rəhbərliyi liqadan çəkilmək istəsə də, futbolçular imkan verməyib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubunun prezidenti Ali Koç aprel ayının 2-də 3 variantı dəyərləndirəcklərini bildirmişdi. 

Klubun futbolçuları Ali Koçla görüşərək liqada qalıb mübarizə aparmaq barədə danışıblar. Komandanın baş məşqçici İsmail Kartal da məsələ ilə bağlı açıqlamasında :"Komandada elə də ciddi zədə yoxdur. Mövsümü çempion olaraq tamamlaya bilərik. Futbolçularımın heç biri liqadan çəkilmək və ya xarici ölkələrdən birində çıxış etmək istəmir. Bu variantı çıxarsaq daha uyğun olar",-deyib.

Qeyd edək ki, futbolçular Ali Koçla rəsmi görüş tələb ediblər. Bəzi ulduz futbolçular "Fənərbağça"nın liqadan çəkiləcəyi təqdirdə komandadan ayrılacağını klub rəsmilərinə bildiriblər.