Klublarımızın rəqibləri müəyyənləşdi
Klublarımızın Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri məlumdur.
Sportline.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, “Neftçi” bu raundda I təsnifat mərhələsinin “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. “Ağ-qaralar” ilk görüşü səfərdə keçirəcəklər.
“Qəbələ” Kiprin “Omoniya” komandasına rəqib olub. İlk görüş Qəbələdə keçiriləcək.
“Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz mübarizəyə səfərdə başlayacaq.
Qeyd edək ki, Konfrans Liqasında II mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.