Kokorin "Fiorentina" ilə vidalaşıb

Hücumçu Aleksandr Kokorin icarə əsasında Kipr "Aris"inə keçdikdən sonra "Fiorentina" ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, Kokorin bu barədə sosial şəbəkə hesabında yazıb.

"Hər şey üçün təşəkkür edirəm, Florensiya. Mən sənin üçün darıxacağam”, – deyə Kokorin qeyd edib.

Rusiyalının "Fiorentina" ilə müqaviləsi 2023/24 mövsümünün sonuna kimi hesablanıb və bundan sonra Aris futbolçu ilə yeni müqavilə bağlaya biləcək.